Dünya
Dünya
Rusiyada Telegram qadağası ləğv olundu
Rusiyada 2 ildir davam edən Telegram proqramına giriş qadağası ləğv olunub.
Mumtv.az Rusiya mediasına istinadən xəbər verir ki, Telegram yazışmaları Rusiya Dövlət Təhlükəsizlik Xidməti ilə paylaşmadığı üçün 2018-ci ildə proqramın girişinə məhdudiyyət qoyulmuşdu.
Təxminən 400 milyon istifadəçisi olan Telegrama qadağanın qoyulması minlərlə insanın küçələrə çıxaraq etiraz etməsinə səbəb olmuşdu.
Telegram rəhbəri Pavel Durov terrora qarşı mübarizədə dövlətlə işbirliyinə hazır olduqlarını açıqlamışdı. Bu açıqlamanın ardından Rusiyada rəsmi şəkildə qadağanın ləğv olunduğu açıqlandı.