Dünya

Kosovonun müstəqilliyini 111 ölkə tanıyıb. Bununla belə, münaqişə hələ də bitməyib. ABŞ lideri Donald Tramp tərəfləri barışdıraraq, həm Avropada tam sabitliyə nail olmağa, həm də yenidən "sülh göyərçini” imicini bərpa etməyə çalışır.

Mumtv.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ABŞ Prezidenti Donald Trampın Serbiya və Kosova liderlərini danışıqlar aparmaq məqsədi ilə Vaşinqtona dəvət etməsini şərh edərkən deyib.

O bildirib ki, Balkan yarımadası hər zaman dünyadakı müharibələrin çoxunun başlanğıc yeri, ya da səbəbi olub:

"Kosovo Balkan yarımadasında mövcud olan münaqişə ocaqlarındandır. 2.5 milyonluq əhalisinin 90%-i Kosovo albanları, 5%-i serblər və qalan hissəsini isə türk, makedon və başqa millətlər təşkil edir. Elə məhz münaqişənin başlanmasına əsas səbəb serblər və albanlar arasında olan etnik qarşıdurmalardır. 24 mart 1999-cu ildə NATO-nun baş katibi Solana Yuqoslaviyaya qarşı müharibəyə başlamaq əmrini verdi.

Yuqoslaviyanın Belqrad, Priştina, Podqoritsa, Novi-Sad və digər şəhərləri şiddətli bombardmanlara məruz qaldı. Uzun mübarizələrdən sonra Kosova Serbiyadan öz müstəqilliyini 2008-ci ilin fevralın 17-də elan etdi”.

Q.Hüseynlinin sözlərinə görə, Donald Trampın birdən-birə Serbiya və Kosovo liderlərini danışıqlar aparmaq məqsədi ilə Vaşinqtona dəvət etməsi heç də təsadüfi deyil:

"Beynəlxalq münasibətlərdə bəzən ən kiçik bir predmetin belə böyük nəticələri ola bilər. Trampın birdən-birə Serbiya və Kosovo liderlərini danışıqlar aparmaq məqsədi ilə Vaşinqtona dəvət etməsinin də pərdəarxası məqamları var. Birincisi, Tramp Serbiya və Kosovo arasında münaqişənin əvvəlki səviyyədə olmadığını yaxşı bilir. Yəni tərəflər istənilən bir dövlətin müşahidəsində rahatlıqla uzlaşa bilər. Məsələ ondadır ki, Kosovo münaqişəsi bu gün münaqişə olaraq unudulub. Düzdür, tam həll olmasa belə, münaqişə kimi unudulub. Düşünürəm, Tramp tərəfləri uzlaşdırıb, daha sonra bunu dünya mediasında "Əsrin münaqişəsi”nin sonu kimi təqdim edəcək. Özünü isə bu münaqişəni bitirən "sülh göyərçini” olaraq göstərəcək. İkincisi, ABŞ-da iğtişaşlar davam edir. Məsələ artıq dünya ictimaiyyətinin diqqətindədir. Hətta ABŞ-ın bir zaman tənqid etdiyi ölkələr belə bu gün onu tənqid etməkdədir. Tramp Serbiya və Kosovo arasında münaqişəni birdən-birə aktuallaşdırmaq və sülhə nail olmaqla dünya mediasının fikrini Balkanlara çəkmək istəyir. Beləcə ABŞ-da baş verən hadisələr tədricən dünya ictimaiyyəti tərəfindən ən azından bir müddət unudulacaq. Üçüncüsü, Tramp Serbiya və Kosovo arasında münaqişəni bitirərək, ABŞ-ın dünya siyasətində heç də hər zaman destruktiv mövqedə olmadığını nümayiş etdirmək istəyir. Rəsmi Vaşinqton bu münaqişəni ilk gündən izləyir. Təsadüfi deyil ki, 24 mart 1999-cu ildə NATO-nun Baş katibi Solananın Yuqoslaviyaya qarşı müharibəyə başlamaq əmrini ilk ABŞ dəstəkləmişdi. ABŞ 1999-cu ildə başlatdığı işi bitirmək istəyir”.


Son xəbərlər

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bütün xəbərlər