Dünya

ABŞ-ın bütün münaqişələrdən çəkilməsi və heç bir ölkənin daxili siyasətinə qarışmaması Rusiya, Çin kimi ölkələrin daha ön plana çıxması deməkdir. Eyni zamanda, bu, ABŞ-ın müttəfiqləri üçün də bir sıra problemlərin başlamasına imkan yaradar.

Mumtv .az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ABŞ Prezidenti Donald Trampın ölkəsinin artıq dünyada heç bir münaqişənin həlli üçün çalışmayacağı bəyanatını şərh edərkən deyib.

O bildirib ki, Trampın bu sözləri siyasi ajiotajdan başqa bir şey deyil:

"Bu gün heç kəsə sirr deyil ki, ABŞ-da prezident sadəcə "dərin dövlət” dediyimiz bir qurumun sözçüsüdür. Yəni ABŞ-da prezident vahid siyasi kurs və strategiya ilə hərəkət edir. Heç bir ABŞ prezidenti vahid siyasi kursdan kənara çıxa bilməz. Diqqət etsəniz, ABŞ prezidentləri çox fərqli xarakterə, siyasi görüşə malik olsa da, ABŞ siyasətində heç bir dəyişiklik olmur. Tampın "ABŞ artıq dünyada heç bir münaqişənin həlli üçün çalışmayacaq və heç bir ölkənin daxili siyasətinə müdaxilə etməyəcək" sözləri isə 200 illik ABŞ siyasətinə qarşı gəlməkdir. Yəni bu sözləri mən o qədər də ciddi qəbul etməzdim. ABŞ bu gün dünyanın 1 nömrəli super-dövlətidir və heç bir dövlət bu tituldan, bu statusdan rahatlıqla imtina etməz”.

Q.Hüseynlinin sözlərinə görə, Trampın bu sözləri ABŞ-ın Minsk Qrupundan da ayrılması deməkdir:

"Qarabağ münaqişəsi ABŞ-ın İran, Rusiya və Yaxın Şərq siyasətində əsas məqamlardan biridir. ABŞ-ın Minsk Qrupundan çıxması isə faktiki olaraq Rusiyanın Dağlı Qarabağ münaqişəsində tək söz sahibi olması deməkdir. Digər tərəfdən, bu gün ABŞ-ın Minsk Qrupunda yerini tutmaq istəyən Çin, Türkiyə, İran, hətta Almaniya, İspaniya, İrlandiya kimi Qərb ölkələri də var. Buna görə də düşünürəm ki, bu, sadəcə Trampın həmişəki kimi gündəmi məşğul etmək üçün işlətdiyi əsassız fikirdən başqa bir şey deyil”.


Son xəbərlər

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Bütün xəbərlər