Dünya
Dünya / Səhiyyə
Rusiyada koronavirusa yoluxanların sayı 476 min nəfəri keçib
Rusiyada koronavirusa yoluxma göstəriciləri artır.Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 8 985 nəfər virusa yoluxub, 112 nəfər isə həyatını itirib.Bu günə qədər Rusiyada 476 658 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 5 971 nəfərə çatıb.Ölkə ərazisində ümumilikdə 230 688 nəfər virusdan sağalıb, 239 999 nəfərin müalicəsi isə davam edir.
(Trend.az)