mumtv.az
mumtv.az

Bayden yetərli səs topladı, gəlir... - Trampın amansız rəqibi

Bayden yetərli səs topladı, gəlir... - Trampın amansız rəqibi
6-06-2020, 10:55 500 dəfə baxılıb

ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden Birləşmiş Ştatlarda qarşıdan gələn prezident seçkilərində Demokrat Partiyası tərəfindən namizədliyinin irəli sürülməsi üçün lazım olan səsi toplayıb.

Mumtv.az bildirir ki,bu barədə "Associated Press” agentliyi keçirilən praymerizlərin nəticəsinə istinadla məlumat yayıb.

Agentliyin hesablamalarına görə, Bayden minimum 1991 səs əvəzinə 1993 səs alıb.

İlkin seçkilərin 2 iyunda keçirilməsinə baxmayaraq bəzi ştatlarda bülletenlərin yoxlanması yalnız iyunun 5-də başa çatıb.

Qeyd edək ki, aprelin sonlarında ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton və ABŞ-ın sabiq prezidenti Barak Obama Demokrat Partiyası tərəfindən prezidentliyə namizədliyinin irəli sürülməsi uğrunda mübarizədə Baydenə dəstək ifadə ediblər.

(Teleqraf.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA