Dünya
Dünya
Yeni qanun: ABŞ uyğurların qisasını alır – Video
ABŞ Nümayəndələr Palatası uyğurlar və digər etnik azlıqların təqibə məruz qalmasına görə Çin məmurlarına qarşı sanksiya tətbiq etməyə imkan verəcək qanun layihəsi qəbul edib.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Hill” qəzeti yayıb.
"Bu gün biz mesaj göndəriri ki, biz uyğurların tərəfində dayanmışıq, məzlumlar üçün mübarizə aparırıq və bunları heç vaxt unutmayacağıq”, – deyə iclasda çıxışı zamanı demokrat konqresmen Bred Şerman deyib.
Qeyd edək ki, sənəd bundan öncə Senat tərəfindən yekdilliklə qəbul edildiyi üçün o, Donald Trampa göndəriləcək. Tramp sənədi imzalayarsa, o zaman qanun qüvvəyə minəcək.