Dünya
Dünya
Korona amerikalı milyarderlərin sərvətini artırdı
Koronavirus pandemiyası fonunda amerikalı milyarderlər öz sərvətlərini əhəmiyyətli həcmdə artırıblar.
Mumtv.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Vergi Ədaləti üçün Amerikalılar və Siyasət Tədqiqatları İnstitutu yayıb.
Məlumata görə, 18 martdan 19 maya qədər olan dövr ərzində ABŞ-ın 600 ən zəngin adamı ümumilikdə 434 milyard dollar gəlir əldə edib. Ən çox gəlir Cef Bezos (34,6 milyard dollar), Mark Zukerberq (25,3 milyard), Bill Qeyts (8 milyard), Larri Ellison (7 milyard), Uorren Baffetin (564 milyon) payına düşüb.