Dünya
Dünya / Səhiyyə
Rusiyada koronavirusa yoluxanların sayı 300 mini ötüb
Rusiyada son bir gündə daha 8 764 nəfərə koronavirus diaqnozu qoyulub.
Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 308 705 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 135 nəfər artaraq 2 972-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 85 392 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 699.(Virtualaz.org)