Dünya
Dünya
Microsoft Elon Mask üçün superkompüter yaratdı — Cihaz dünya beşliyində yer alıb
Microsoft şirkəti eksklüziv superkompüter yaradıb. Cihazın dünyanın ən güclü beş superkompüteri arasında yer alacağı məlum olub.
Mumtv.az TED.az-a istinadən xəbər verir ki, "Microsoft”un superkompüter yaratması, onlayn rejimdə keçirilən "Microsoft Build” konfransında açıqlanıb. Superkompüter eksklüziv olaraq yaradılıb. Cihazı sifariş verən Elon Mask və "Y Combinato” vençur fondunun keçmiş rəhbəri Sam Altman tərəfindən təsis edilən "OpenAI” qeyri-kommersiya araşdırma təşkilatıdır.Yeni superkompüter özündə 285 min prosessor nüvəsi, 10.000 qrafik prosessor ehtiva edir, həmçinin hər GPU server üçün saniyədə 400 gigabaytlıq şəbəkə genişliyi funksiyasına malikdir.
Cihaz "Azure” buludu əsasında hazırlanıb. Superkompüterin əsas məqsədi müxtəlif modellər və alqoritmlər üçün məlumatların işlənməsidir.