Dünya
Dünya / Səhiyyə
Dünyada koronavirusa yoluxanların sayı 4,7 milyonu ötüb
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 4,7 milyonu ötüb.
Mumtv.az bildirir ki, APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Cons Hopkins Universitetinin günlük hesabatında bildirilib.
Son məlumatlara görə, yeni növ virusa yoluxanların dəqiq sayı 4 702 603 nəfər olub. 1,7 milyon nəfər sağalıb, 314476 nəfər isə dünyasını dəyişib.(ONA.az)