Dünya
Dünya
İranda koronavirusa yoluxanların sayı kəskin artdı
İranda son sutkada 1958 nəfərdə koronavirus aşkarlanıb və ümumi yoluxma sayı 112 725 nəfərə çatıb.
Mumtv.az xəbər verir ki, Virtualaz.org yerli KİV-ə istinadən bildirib ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.
Onun sözlərinə görə, son 24 saatda 50 nəfər vəfat edib. Pandemiya qurbanlarının ümumi sayı 6783 nəfər təşkil edir.
89 428 nəfər virusdan sağalaraq xəstəxanalardan evə buraxılıb. Hazırda 2735 xəstənin vəziyyəti ağırdır.