Dünya
Dünya
Səudiyyədən gözlənilməz addım: 3 dəfə artırıldı
Səudiyyə Ərəbistanı iyun ayından minimum yaşayış məbləği ilə bağlı ödənişləri dayandıracaq və iyul ayından əlavə dəyər vergisini 5%-dən 15%-ə qədər artıracaq.
Mumtv.az Aqreqrstor.az-a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Maliyyə naziri Məhəmməd Caadan deyib.
O, bu qərarın koronavirus və neft qiymətlərinin azalması fonunda dövlətin xərclərinin artması ucbatından qəbul edildiyini bildirib.
Nazir hazırkı dönəmdə dövlətin xərclərinin azaldılmasının gərəkli olduğunu vurğulayıb. Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar olan böhran 3 iqtisadi şoka - neft qiymətlərinin düşməsinə, iqtisadi fəaliyyətin dayandırılmasına və plandan kənar xərclərə səbəb olub.