Dünya
Dünya
Rusiya İranda konsulluq xidmətini dayandırıb
Rusiyanın İrandakı səfirliyinin Konsulluq şöbəsi fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
IRNA xəbər verir ki, buna səbəb ölkədə koronavirusun miqyasının böyüməsidir.
Səfirlikdən bildirilib ki, İran vətəndaşları üçün sənəd qəbulu, fərdi, turizm, iş və tranzit vizaları müvəqqəti olaraq dayandırılıb.
Eyni zamanda ölkədə yaşayan və işləyən əcnəbilərə, həmçinin vətəndaşlığı olmayan şəxslərə elektron və tranzit vizaların verilməsi də məhdudlaşdırılıb.
Xatırladaq ki, rəsmi məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 34 nəfərdir. Virus daşıyıcılarının sayı isə 388-ə çatıb/Report.