Dünya

Bosniya və Herseqovinanın Milli və Universitet Kitabxanasında, Qazi Xosrov bəy Kitabxanasında və digər müəssisələrdə saxlanılan dahi Azərbaycan klassikləri İmadəddin Nəsimi, Nizami Gəncəvi və Məhəmməd Füzuliyə aid əlyazmaların tədqiq edilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə əməkdaşlıq edir.

Türk dünyasının araşdırmaçı jurnalisti  Aida Eyvazlı Göytürk Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Diplomatik Nümayəndəliyinin təşkilatçılığı ilə  Sarayevo Universitetinin Şərqşünaslıq İnstitutunda ölkənin  tanınmış alimləri ilə görüş keçirib.   Sarayevo Universiteti Şərqşünaslıq İnstitutunun direktoru, türkoloq və şərqşünas  doktor Adnan Kadriç 70 yaşlı  elm ocağının uğurlarından danışıb.  Eyni zamanda  Azərbaycanın Bosniya və Herseqovinadakı diiplomatik nümayəndəliyi ilə yaranan əməkdaşlıqdan söhbət açıb.

Araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk  boşnakların  ulu tarixini öyrənmək üçün Odlar yurdu Azərbaycandan   qalan türk izlərini araşdırmağı, bununla da türk tarixinə yeni bir tövhə vermək istədiyini söyləyib. Görüşdə "Osmanlı dövrünün tarixi araşdırmaları”  şöbəsinin doktor Aladin Husiç və professor  Nihad Dostoviç də iştirak edirdi. Hər iki alim Osmanlı İmperiyasının Bosniyaya gətirdikləri ədalətdən, mədəniyyətdən və qurtuluşdan danışaraq, araşdırmaçı jurnalistə maraqlı məlumatlar veriblər. Bu faktların içərisində türk dünyasının zəngin və işıqlı tarixinə güzgü tutacaq maraqlı səhifəlır mövcuddur. Aida Eyvazlı Göytürk eyni zamanda Beynəlxalq Türk Akademiyasının –TWESCO-nun türk tarixini araşdıran alimlərə ,türk dünyasının şəxsiyyətlərinin bu təşkilat tərəfindən yüksək dəyərləndirilməsindən söz açıb.

İmadəddin Nəsimi yaradıcılığını hələ gənc ikən dərvişlər vasitəsi ilə tanış olan Sarayevo Universiteti Şərqşünaslıq İnstitutun "Şərq-İslam incəsənəti araşdırmaları” şöbəsinin türk dili və ədəbiyyatının tədqiq edən doktor xanım Amina Şilyak-Yesenkoviç  isə Nəsiminin şerlərini  boşnak dilinə çevirən qrup üzvlərindən biridir.  O qeyd edib ki, İmadədin Nəsiminin 650 illik yubileyi ilə əlqaədar Azərbaycan Respublikasının Bosniya və Hersoqovinadakı diplomatik nümayəndəliyinin  birinci katibi Samir Məliklidən təklif alınca çox sevinib.  Nəsimi kimi bir dahini  boşnak dilinə çevirmək şərəf və nüfuz məsələsidir ki, Tanrı ona bu məqamı bəxş edib.

Görüşdə iştirak edən  Azərbaycan diplomatı Samir Məlikli  qeyd edib ki, Nəsiminin şerlərinin boşnak dilinə çevrilməsi ötən ilin ortalarından başlandı. Artıq layihə sona çatıb.  Universitetin  tanınmış elm xadimləri   professor Adnan Kadriç, doktor xanım Amina Şilyak-Yesenkoviç , fəlsəfə fakültəsinin professoru xanım Alena Çatoviç , professor doctor Elvir Musiç  böyük mütəfəkkir İmadəddin Nəsiminin 85 şerini boşnak dilinə tərcümə ediblər. Bu heyət  2020-ci ilin 13-22 mart tarixlərində AMEA-nın dəvəti ilə Bakıya səfər edəcəklər. Bundan başqa , AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun "Əlyazmaların və əski çap kitablarının tərcüməsi” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov Sarayevo şəhərində ezamiyyətdə olub. Azərbaycan Respublikasının Serbiya Respublikasındakı, Monteneqrodakı və Bosniya və Herseqovinadakı Fövqəladə və Səlahiyyətli səfirliyinin səyi nəticəsində Nəsiminin əsərlərinin əlyazmaları AMEA-ya verilib.  Bununla da Nəsimi irsinə yeni tövhələr əlavə olunub.

Görşün səmərəli bir ab-havada keçdiyini qeyd edən Aida Eyvazlı Göytürk vurğulayıb ki,başı bəlalı gözəl Bosniyada qonaq olduğu günlərdə   Azərbaycanla oxşar tarixi, sevincləri, coğrafi baxımdan qonşu ölkələri tərəfindən ərazilərinin  təcavüzə məruz qalma  taleyi də bir-birinə bənzədiyini bir daha hiss etdi. Burada keçirdiyi görüşlər, insanlar, boşnakların milli-mədəni adətləri, tarixi yerləri , şəxsiyyətləri haqqında kitab yazacaq.

Görüşdə həm Azərbaycanın yeni modeli ASAN xidmət və ABAD haqqında da söhbət olub. Və ABAD-çıların hazırladığı əl işlərindən alimlərə hədiyyə təqdim edilib. (modern.az)


Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər