mumtv.az
mumtv.az

İran hökuməti Silahlı Qüvvələri koronavirusla mübarizəyə cəlb edir

İran hökuməti Silahlı Qüvvələri koronavirusla mübarizəyə cəlb edir
24-02-2020, 11:02 45 dəfə baxılıb

İran hökuməti Silahlı Qüvvələri koronavirusla mübarizəyə cəlb edir
 
 
 
 
 
 
 
 
 
 

 

 

 

 

 

İran Silahlı Qüvvələri koronavirusla mübarizəyə cəlb ediləcək, hökumət minimal itkilərlə bu problemin öhdəsindən gəlməyə çalışacaq.

"RİA Novosti”nin məlumatına görə, bu barədə İran Prezidenti Həsən Ruhani bəyan edib.

 

"Bütün dövlət qurumları, silahlı qüvvələr, ictimai təşkilatlar tərəfindən xalqın sağlamlığı üçün lazımi tədbirlər görüləcək. Ən qısa müddətdə minimum itkilərlə xəstəliyə nəzarət etmək istəyirik”, - deyə o bildirib.

İranda bu günə qədər virusa 43 yoluxma halı qeydə alınıb. Onlardan səkkizi ölümlə nəticələnib. Yoluxma Qum şəhərindən başlayıb.

Həkimlərin dediyinə görə, yoluxanların əksəriyyəti ya şəhər sakinləridir, ya da ora gediblər. Artıq ölkənin bir neçə əyalətində təhsil müəssisələri bağlanılıb, kütləvi tədbirlər ləğv edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA