mumtv.az
mumtv.az

Tramp "düşmənçilik" siyasəti qarşılığında İraqı sanksiyalarla hədələyib

Tramp
6-01-2020, 12:07 16 dəfə baxılıb

Tramp "düşmənçilik" siyasəti qarşılığında İraqı sanksiyalarla hədələyib
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

ABŞ Prezidenti Donald Tramp Bağdad tərəfindən "düşmənçilik siyasəti” yürüdüləcəyi təqdirdə İraqı sanksiyalarla hədələyib.

MUMTV.az "TASS” agentliyinə istinadən xəbər verir ki, o, İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qəbul etdiyi qətnaməni şərh edərkən belə deyib.

"Əgər hər hansı düşmənçilik baş verərsə, onlar bizim qəbul edə bilməyəcəyimiz bir addım atarlarsa, biz İraqa qarşı sanksiya tətbiq edəcəyik, çox mühüm sanksiyalar”, - deyə Tramp belə bildirib.

Tramp, həmçinin əlavə edib ki, Bağdad Amerika aviabazasına görə Vaşinqtona ödəniş etmədiyi müddətəcən ABŞ qoşunları İraqı tərk etməyəcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA