mumtv.az
mumtv.az

Müəllim uşaqlara kömək üçün Allaha deyil, şeytana üz tutmağı məsləhət gördü...- RƏZALƏT

Müəllim uşaqlara kömək üçün Allaha deyil, şeytana üz tutmağı  məsləhət gördü...- RƏZALƏT
3-01-2020, 15:19 30 dəfə baxılıb

 "Üzdəniraq pedaqoq əxlaqsızlıq və narkotiklə bağlı maddələrlə 10 cinayət işi üzrə ittiham edilib..."
 
Müəllim uşaqlara kömək üçün Allaha deyil, şeytana üz tutmağı  məsləhət gördü...- RƏZALƏT
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
Səudiyyə Ərəbistanında prokurorluq ibtidai sinif şagirdlərinə keçdiyi dərsdə Şeytanı təriflədiyi üçün məktəb müəllimi 40 gün müddətinə işdən azad edilib.  

MUMTV.az bu haqda "GulfNews” ərəb nəşrinə istinadla xəbər verir.

Kontrol işi üçün materialda ibtidai sinif müəllimi "kömək üçün Allah sığınıram" ifadəsində Allahın adını  "şeytan"  sözü ilə əvəzləyib. Üzdəniraq müəllim bununla ilahi qoruma və himayə üçün ənənəvi müsəlman duasını kobud şəkildə təhrif edib.  Müəllimin kömək üçün Allaha deyil, şeytana müraciət etməsi uşaqlar, valideynlər və məktəb rəhbərliyinin diqqətindən kənarda qalmayıb. Bəhs edilən kontrol işi tədris materiallarından çıxarılıb və müəllim  işdən kənarlaşdırılıb. 

Səudiyyə hüquq-mühafizə orqanları istintaq başladıb və məlum olub ki, üzdəniraq pedaqoqun silsilə məhkumluq siyahısı var.  

"Həmin müəllim  əxlaqsızlıq və narkotiklə bağlı maddələrlə 10 cinayət işi üzrə ittiham edilib" -deyə hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib. Cinayət cəzası ilə yanaşı, bu məxluqun psixiatriya xəstəxanasında məcburi müalicə alacağı da istisna edilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA