Dünya
“İranda xalq və hakimiyyət yeni tarixi qələbə qazandı” - RUHANİ
DogruXeber.az xəbər verir ki, İran prezidenti Həsən Ruhani hökumət əleyhinə çıxışlardan danışarkən İran xalqının növbəti dəfə düşmənin fitvasına uymadığını söyləyib. Ruhani deyib: "Bununla da xalq və rəhbərlik növbəri yeni tarixi qələbəsini qazanıb”.
Qeyd edək ki, ondan əvvəl İranın ali dini rəhbəri Əli Xamanei 19 noyabrdakı çıxışında demişdi: "Düşmənlərimiz də, dostlarımız da düşmənimizin hərbi və siyasi arenada, həmçinin təhlüksizlik sahəsində uğratdığı məğlubiyyətdən xəbərdardırlar”.
Beynəlxalq Amnistiya Təşkilatı İranda baş vermiş kütləvi etirazlarda 106 nəfərin həlak olduğu xəbərini yaymışdılar. Minlərlə yaralının, minlərlə məhbusun olduğu deyilir. Radikal müxalifət isə 200 nəfərin öldüyü xəbərini yayıb. Hökumət isə 3-ü polis olmaqla, 9 nəfərin həyatını itirdiyini bildirib./Hurriyyet.org