Dünya
Dünya
Türkiyənin qərbində zəlzələ olub
Türkiyənin qərbində 3,2 bal gücündə zəlzələ baş verib.
MUMTV.az-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 02:58-də qeydə alınan yeraltə təkanların episentri İzmir şəhərindən 268 kilometr cənub-şərqdə, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.