mumtv.az
mumtv.az

Bir neçə rayonun qaz təchizatında yaranmış fasilə aradan qaldırılıb

Bir neçə rayonun qaz təchizatında yaranmış fasilə aradan qaldırılıb
15-12-2020, 11:53 68 dəfə baxılıb

Bir neçə rayonun qaz təchizatında yaranmış fasilə aradan qaldırılıb
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Quba, Qusar, Xaçmaz Şabran, Siyəzən və Xızı rayonlarının qaz təchizatında yaranmış fasilə aradan qaldırılıb.

Mumtv.az bildirir ki,bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, adıçəkilən ərazilərdə qaz təchizatında fasilə yaranmasına səbəb Mazdok - Qazıməmməd qaz kəmərindən aparılan təmir işləri ilə əlaqədar idi: "Kəmərdə aparılan təmir işləri ilə əlaqədar həmin rayonlara qaz təchizatı dayandırılmışdı. Dünən günorta saatlarında rayon mərkəzlərinə qazın verilişi bərpa olundu. Dünən axşam saatlarından isə adıçəkilən ərazilərin hamısına qazın açılışı təmin edilib".







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA