Cəmiyyət
Cəmiyyət
Bu Fonda hər bir azərbaycanlı nəzarət edə biləcək
YAŞAT Fonduna ümumi nəzarəti həyata keçirmək üçün 11 nəfərlik Himayəçilik Şurası yaradılıb. Amma elə bir sistem qurulacaq ki, 50 milyonluq azərbaycanlının hər biri bu Fonda nəzarət edə biləcək.
Mumtv.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev keçirdiyi onlayn mətbuat konfransında deyib.
"İctimai nəzarət hər bir azərbaycanlının iştirakı ilə tənzimlənəcək. Hər bir şəxs Fondun ictimai nəzarətçisi olacaq”, - o bildirib.