Cəmiyyət

Xankəndiyə köçən ermənilər necə yaşayacaq?
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Rusiya Müdafiə Nazirliyi Qarabağa qayıdan ermənilərin sayının 24 minə yaxınlaşdığını açıqlayıb. Bir müddət əvvəl isə Rusiya TŞ-nin iclasında Xankəndinin infrastrukturunun 5 min əhaliyə xidmət etməyə imkan verdiyi bildirilirdi.

Belədə 24 min erməninin orada yaşaması necə təmin edilir?

Mumtv.az bildirir ki,məsələ ilə bağlı Axar.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Rusiya Federasiyası keçmiş Dağlıq Qarabağa humanitar yardımlar göndərir, lakin bu, həmişə belə olmayacaq:

"Digər tərəfdən, rəsmi Moskva bu yardımları Azərbaycan ərazisindən keçirir, yeni Azəbaycanın icazəsi ilə edir. Keçmiş Dağlı Qarabağ Muxtar Vilayətinin erməni əsilli Azərbaycan vətəndaşları əvvəl olduğu kimi, yenə Azərbaycanın vətəndaşlarıdır. Bunu onların da anlaması və qəbul etməsi lazımdır. İstənilən halda bu, onların xeyrinə olacaq.

Keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər qida təminatını əsasən işğal altında olan ətraf rayonlardan və Ermənistan vasitəsi ilə təmin edirdi. Lakin bu gün ətraf rayonlar Azərbaycanın nəzarəti altındadır.

Düzdür, hazırda Rusiya sülhməramlıları regionda olsa da, onların tək məqsədi silahlı qarşıdurmanın qarşısını almaqdır. Bundan başqa, digər bütün öhdəliklər, həmçinin keçmiş Dağlıq Qarabağ ərazisinə gələcək yardımlar və digər vasitələr Azərbaycan Respublikasına aiddir.

Keçmiş Dağlıq Qarabağın erməni əhalisi anlamalıdır ki, onlar da Azərbaycan Respublikasının bir parçasıdır. Bir daha deyirəm, bu, ilk növbədə onların özləri üçün faydalıdır.

Regionun bütün iqtisadi infrastruktur layihələri Azərbaycanın nəzarətindədir. Yəni Ermənistan və Rusiyanın yardımlarına möhtac olmaqdansa, mənsub olduqları Azərbaycanın bir parçası olub, digər vətəndaşlarımız kimi sülh və əmin-amanlıq şəraitində yaşaya bilərlər”.

Ekspertin sözlərinə görə, bu gün Xankəndiyə köçən ermənilərin bir çoxu ətraf rayonlardan gələnlərdir:

"Xankəndidə infrastruktur və insan tutumu üçün yararlı evlər çox azdır. Ətraf rayonlardan köçüb gələnləri də nəzərə alsaq, hazırda orada vəziyyət heç də ürəkaçan deyil. Xankəndi bu qədər erməninin ehtiyacını ödəyəcək gücdə bir şəhər deyil. Buna görə də erməni əhalisi Azərbaycan vətəndaşlığını alıb, bizim qanunlarımız altında yaşamağa alışmalıdır”.


Son xəbərlər

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Bütün xəbərlər