Cəmiyyət

“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində  indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib







 
 
 
 







Ölkə iqtisadiyyatında dağ-mədən sektorunu uğurla təmsil edən "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qiymətli, əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, geoloji kəşfiyyat, hasilat, ixrac və digər istiqamətlərdə fəaliyyətini mühüm nailiyyətlərlə davam etdirir.

Məhz bu fəaliyyətin nəticəsidir ki, Cəmiyyət tərəfindən dünya bazarlarına ilk ixracın reallaşmasından ötən 3 il ərzində 213,4 min unsiyadan çox qızıl, 372,7 min unsiyadan çox gümüşün satışından ölkə iqtisadiyyatına 527,3 milyon manat vəsait cəlb edilib. Bu vəsaitin 39,3 milyon manatı vergi və sosial köçürmələr şəklində dövlət büdcəsinə ödənilib (bu məbləğin 33,7 milyon manatı vergi, 5,6 milyon manatını isə Dövlət Sosial Müdafiə Fonduna köçürmələr təşkil edir). Bu illər ərzində səmərəli fəaliyyət nəticəsində 35 milyon manat həcmində bölüşdürülməmiş mənfəət formalaşıb. Bu məbləğin 15 milyon manatı Cəmiyyətin nizamnamə kapitalının artırılmasına yönəldilib.

Qeyd edilən iqtisadi göstəricilər yalnız Daşkəsən rayonunda yerləşən "Çovdar” qızıl yatağının istismarı nəticəsində əldə edilib. Hazırda yeni yataqların istismara hazırlanması istiqamətində intensiv işlər davam etdirilir.

Belə ki, yaxın günlərdə Daşkəsən rayonunda yerləşən "Ağyoxuş”, növbəti ildə "Mərəh”, 2022-ci ildə isə "Tülallar” qızıl yatağının və "Çovdar” qızıl yatağının yeraltı (sulfid) fazasının istismara verilməsi nəzərdə tutulur. Avropanın ən iri polimetal yataqlarından biri hesab edilən "Filizçay” layihəsinin icrasının optimallaşdırılması nəticəsində yatağın istismarına əvvəlcə planlaşdırılan müddətdən 2 il daha tez, yəni 2025-ci ildə başlamaq mümkün olacaq. Bununla yanaşı, müvafiq olaraq Şəmkir və Gədəbəy rayonlarının ərazisində yerləşən "Qaradağ”, "Xar-xar” və "Cəyirçay” mis yataqlarının 2026, Balakəndə yerləşən digər polimetal yatağı – "Mazımçay”ın isə 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Xatırladaq ki, qeyd edilən yataqların istismara verilmə təqvimi ilkin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilib. Təhlillərin növbəti mərhələsinin nəticələrinə uyğun olaraq gələn ilin ortalarında adları çəkilən yataqların cari plandan daha tez istifadəyə verilməsi haqda qərarın qəbul edilməsi istisna olunmur.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində ölkə üzrə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl ikinci yerdə qərarlaşıb. Sözügedən yeni qızıl, eləcə də digər əlvan metal yataqlarının istismara verilməsi iqtisadi artımda dağ-mədən sahəsinin töhfəsini daha da artıracaq. Bu da, öz növbəsində, qeyri-neft sektorunun tərəqqisində əhəmiyyət rol oynamaqla yanaşı, milyonlarla manat həcmində vəsaitin ölkə iqtisadiyyatına cəlb edilməsinə, regionların sosial-iqtisadi inkişafına böyük təkan vermiş olacaq.
“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində  indiyədək ölkə iqtisadiyyatına 527 milyon manatdan çox vəsait cəlb edilib

Son xəbərlər

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

Bütün xəbərlər