mumtv.az
mumtv.az

Ağdam şəhərinə komendant təyin olundu

Ağdam şəhərinə komendant təyin olundu
20-11-2020, 12:42 77 dəfə baxılıb

Ağdam şəhərinə komendant təyin olundu
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Ağdam şəhərinə komendant və müavinlər təyin edilib.

Mumtv.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanına uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ağdam Rayon Polis Şöbəsinin rəisi və müavinləri şəhər üzrə komendant və müavinləri təyin edilib.

Qeyd olunub ki, hazırda Ağdam Rayon Polis Şöbəsinin Ağdam şəhərinə köçürülməsi istiqamətdə işlər aparılır. Ağdam Rayon Polis Şöbəsi əməkdaşları və Daxili Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Ağdamda komendant rejimində fəaliyyətlərini davam etdirəcəklər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA