mumtv.az
mumtv.az

Düşmənin daha 3 muzdlusunun kimliyi məlum oldu

Düşmənin daha 3 muzdlusunun kimliyi məlum oldu
20-11-2020, 11:05 41 dəfə baxılıb

Düşmənin daha 3 muzdlusunun kimliyi məlum oldu
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

Ermənistan tərəfində döyüşmək üçün Suriyadan Dağlıq Qarabağa gətirilən və Azərbaycan Ordusunun məhv etdiyi daha üç muzdunun kimliyi məlum olub.

Mumtv.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumat Daşnaksütun Partiyasının Feysbuk səhifəsində paylaşılıb.

Bunlar Suriyanın Hələb şəhərinin ermənilərin sıx məskunlaşdığı məhəllələrin özünümüdafiə komandiri, Daşnaksütunun üzvü Arut Panoyan (1976-cı il doğumlu), Hələb sakini Akop Astarçyan (1991-ci il doğumlu) və Hələbin özünümüdafiə yaraqlısı Mosik Seklemyandır (1992-ci il doğumlu).

Onlar paytaxt Yerevandakı Erablur xiyabanında basdırılıblar.

Qeyd edək ki, Daşnaksütunun Suriya qolu, həmçinin Yaxın Şərq ölkəsindəki digər erməni təşkilatları, əsasən, Bəşşar Əsəd ordusunun tərəfində Türkiyə və onun dəstəklədiyi mülayim müxalifətə qarşı döyüşürlər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
Tel: (+99477) 377-11-88
E-mail: [email protected]

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.