Cəmiyyət
Cəmiyyət / Dünya
ABŞ-da yaşayan azərbaycanlılar "Ağ ev"in qarşısına toplaşıb - Fotolar
ABŞ-da yaşayan azərbaycanlılar Ordumuza dəstək aksiyası keçirib.
Mumtv.az bildirir ki, onlar Vaşinqtonda "Ağ ev"in yaxınlığında toplaşan həmyerlilərimiz Azərbaycan və Türkiyə bayrağı qaldırıblar.
Onlar Azərbaycan mahnıları səsləndirib, əllərində "Qarabağ Azərbaycandır", "Erməni terroruna son", "Erməni işğalına son", "Ermənilər Gəncəyə atəş açıb" kimi sözlərin yazıldığı plakatlar tutublar.
Aksiyaya qoşulanlar arasında Amerikada yaşayan aparıcılar Səxavət Nur, Günel Musəvi də yer alıblar.
(Axsam.az)