Cəmiyyət

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva "Amnesty International” təşkilatına açıq məktub ünvanlayıb.

Mumtv.az məlumat verir ki, Ombudsman Aparatından APA-ya bildirilib ki, oktyabrın 5-də "Amnesty International” təşkilatı öz rəsmi internet səhifəsində qərəzli, birtərəfli faktlara söykənən və bu cür həssas bir dönəmdə Azərbaycan dövlətinə qarşı bilavasitə diskriminativ xarakterli və ikili standartlara əsaslanan bəyanat yayıb.

Ombudsman Səbinə Əliyeva Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair hər hansı bir bəyanat yaymazdan əvvəl beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq təşkilatların Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun məhz Ermənistan tərəfindən işğal faktını tanıyan və qınayan, habelə işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin qeyd-şərtsiz çıxarılmasını tələb edən, eyni zamanda beynəlxalq hüququn sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyünə hörmət prinsiplərini bilavasitə ehtiva edən BMT-nin münaqişəyə dair 822, 853, 874 və 884 saylı Qətnamələrinə istinad etməyə çağırıb.

Müraciətdə eyni zamanda beynəlxalq humanitar hüququn hərbi münaqişələr zamanı mülki şəxslərin və obyektlərin müdafiəsinə əsaslanan qaydalarını bir daha xatırladaraq, Ermənistanın həmin müddəaları etnik Azərbaycanlı mülki şəxslərin öz torpaqlarından didərgin salınması, mülki şəxslərə və obyektlərə hücumlar etməklə pozduğu bildirilib.

Müvəkkil 30 ilə yaxındır Ermənistanın işğal etdiyi topraqları öz nəzarətində saxladığını, bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına səbəb olduğunu vurğulayıb. Bu zaman çərçivəsində Ermənistan müharibə cinayətləri, soyqırım kimi insanlıq əleyhinə cinayətləri davam edib.

Müraciətin sonunda Səbinə Əliyeva 27 sentyabr 2020-ci il tarixdən etibarən Ermənistan silahlı qüvvələrinin mütəmadi surətdə ölkənin müxtəlif şəhərlərini, Gəncə, Beyləqan, Tərtər, Yevlax, Füzuli rayonunun Horadiz şəhərlərini, oradakı mülki şəxsləri və obyektləri ağır artilleriyadan atəşə tutduğunu, 07 oktyabr tarixində isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini raket atəşi ilə hədəfə almaqla, nəinki bütövlükdə regionun, hətta Avropa ölkələrinin də enerji təhlükəsizliyinə böyük təhlükə yaratdığını qeyd edib.

Müraciətdə, habelə Müvəkkil tərəfindən beynəlxalq təşkilatlara baş vermiş hücumlar nəticəsində mülki əhalinin pozulmuş hüquqlarına dair müxtəlif bəyanatlar ünvanlandığı, o cümlədən məlum hadisələrlə bağlı yerində fakt-araşdırıcı missiyalar həyata keçirildiyi və onun əsasında toplanmış dəlillərdən istifadə edilməklə, hesabatlar hazırlanıb göndərildiyi bildirilib.

Sonda Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünün bərpası uğrunda əks-hücum əməliyyatları apardığını nəzərə alaraq, BMT Qətnamələrini kobudcasına pozan Ermənistandan bu işğala son qoymağı tələb etməyə, doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin geri qaytarılmasının təmin edilməsi məqsədilə beynəlxalq QHT-ləri münaqişə ilə bağlı hesabatlar hazırlayan zaman ədalətli olmağa və ikili standartlara yol verməməyə çağırıb.

 


Son xəbərlər

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bütün xəbərlər