Cəmiyyət
Cəmiyyət / Sosial
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı
Milli Məclisin oktyabrın 2-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
Mumtv.az bildirir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib.
İclasda Əmək Məcəlləsinə, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Təhsil haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Ümumi təhsil haqqında" və s qanun layihələrimüzakirəyə çıxarılacaq.
(Sonxeber.az)