Cəmiyyət

Azərbaycanda yas mərasimlərinin ləğvi təklif olundu

Məlumdur ki, ölkəmizdə yas və toy mərasimlərinə mövcud epidemioloji şəraitə uyğun olaraq məhdudiyyətlə var. Toyların keçirilməsi ilə bağlı bəzi yumşalmaların olacağı bildirilsə da, yas adətlərinnin necə keçiriləcəyi ilə bağlı məlumatlar hələ ki yoxdur.

 

Maraqlıdır, pandemiyada yas mərasimlərinin yumşaldılması olarsa hansı güzəştlər tətbiq edilə bilər?

Mumtv.az "Yeni Sabah”a istinadən xəbər verir ki, bununla bağlı Sonxeber.az-a deputat Azər Badamov danışıb:

"Koronavirusa qarşı mübarizə qlobal pandemiya elan olunan ilk gündən qarşımızda duran bir nömrəli problem olaraq dövlət bütün imkanlarını bu mübarizəyə səfərbər edib. Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah ölkədə gündəlik COVİD-19-a yoluxma dinamikasını təhlil edərək çox ciddi qərarlar qəbul etdi, ölkədə məhdudiyyətlər tətbiq olundu.

O cümlədən toy və yas mərasimlərin keçirilməsi qadağan olundu. Məhz dövlətin vaxtında qəbul etdiyi qərarlar, tətbiq olunmuş məhdudiyyətlər, qərarların icrasına ciddi nəzarət və insanların bu işə məsuliyyətlə yanaşması uğurlu nəticələrin əldə olunmasına imkan verdi.

Bu gün isə çoxlu məhdudiyyətlər ləğv edilmiş və qüvvədə qalan məhdudiyyətlərin də yumşaldılması ətrafında danışılmaqdadır. O cümlədən, mətbuatda ən çox müzakirələr toy və yas mərasimlərinə tətbiq olunmuş qadağaların yumşaldılması ilə bağlıdır".

Deputat qeyd edib ki, ümumiyyətlə yas mərasimləri ləğv olunsa yaxşı olar:

"Qeyd etmək istəyirəm ki, bütün qadağalar və yumşalmalarla bağlı qərarları Operativ Qərargah verir. Amma deputat və həm də bir vətəndaş kimi subyektiv fikrim ondan ibarətdir ki, koronavirus pandemiyasının bu gün ölkədəki vəziyyətinə uyğun toyların keçirilməsində müəyyən məhdud dairədə yumşalmalar həyata keçirilə bilər, amma yas mərasimlərin keçirilməsini isə hətta postpandemiya dövründədə belə bir adət olaraq ləğv olunsa düzgün hesab edirəm.

Çünki, dəfnindən sonra günlərlə təmtəraqlı yas mərasimlərin keçirilməsinin torpağın altında əbədi yatan insana heç bir aidiyyatı yoxdur. İnsan öldü, dəfn olundu, baş sağlığı verildi və onunla da mərasim bitməlidir. Kimlərin vaxta imkanı varsa və dəfn mərasimdə iştirak etmək, rəhmətə gedənin sahibinin yanında olmaq, ona səbir diləmək istəyi varsa dəfn mərasimdə iştirak edib bildirməlidir.

Kimlərin isə dəfn günündə buna imkanı çatmır və başsağlığını vermək istəyirsə bunu telefonla zəng edib və ya qəzetdə başsağlığı verməklə kifayətlənməlidir. Yoxsa, qonşudan geridə qalmayaq təfəkkürü ilə imkanı oldu – olmadı günlərlə yas məclislərin təşkil edilməsinə nə ehtiyac var. Bu, imkanı olanlar üçün də bir fiziki yük hesab edirəm. İmkanı olanlar günlərlə yas məclisini keçirməklə adətdir deyə bütün işlərini buraxıb mərasimin keçirilməsi ilə məşğul olur, maddi imkanı olmayanlar isə qonşusunu görüb borca-xərcə düşüb məclis keçirir və sonra aylarla borcun altından çıxa bilmir.

Əgər yas mərasimlərin keçirilməsi insanlar arasında bir adət kimi ləğv olunarsa hamı biləcək ki, belə qayda yoxdur və bir-birini görüb bəhsə girməz. Düşünürəm ki, bu, koronavirus pandemiyasının bizə qazandırdığı ən müsbət təcrübə oldu. Bu günə qədər nəsildən-nəsilə ötürülən çoxlu adət-ənənələr var ki, təkmilləşməyə getmişdir. Hesab edirəm ki, dəfn və yas mərasimləri də təkmilləşməli, yas mərasimləri adət şəkilində insanların özləri ləğv etməli, insanların rahatalığına xidmət edən formada dəfn mərasimi ilə məclis başa çatmalıdır".


Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər