Cəmiyyət

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar.

Koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən yeni təcili tibbi yardım avtomobillərinin təminatı vacib amillərdəndir.

Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə bütün lazımi işlər görülür. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi iyul ayında, növbəti hissəsi isə indi gətirilib.

Mumtv.az Teleqraf.com-a istinadən xəbər verir ki, yeni gətirilən avtomobillər həm sadə, həm də reanimobil kimi dəstləşdirilib. Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir.

Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdir. Belə ki, "Mercedes Sprinter 416” bazasında təcili tibbi yardım avtomobilləri (reanimobil) avadanlıq və burada göstərilən tibbi yardımın genişliyi baxımından digər ambulanslardan fərqlənir. Avtomobillər bir neçə xərəklə - əsas xərək, çoxfunksiyalı xərək (pilləsiz), scoop xərək, onurğa xərəyi, vakuum xərəyi və pompa, daşıma çadırı, üfürülən, dartma və vakuum şina dəstləri, defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqramma, reanimasiya çantası və s. vasitələrlə təchiz edilib.

"Ford Transit” bazasında təcili tibbi yardım avtomobilləri isə ana xərək və döşək, sovurma avadanlığı, oksigen balonu və s. ilə təchiz edilib.

Qeyd edək ki, Azərbaycan COVID-19-la ən səmərəli mübarizə aparan ölkələrdəndir. Hazırda ölkəmizdə koronavirus xəstələri üçün 46 xəstəxana xidmət göstərir. Pandemiya dövründə laboratoriyaların sayı isə 6-dan 45-ə çatdırılıb. Modul tipli 11 xəstəxana və 2 hospital istifadədir. Ölkə üzrə aparılan test sayı isə 1 milyonu ötüb. Həyata keçirilən tədbirlərin əsas məqsədi Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır.

***

12:42

Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni gətirilən təcili tibbi yardım avtomobilləri ilə tanış olublar.

Mumtv.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb


Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər