Azərbaycanda "Volkswagen” markasının rəsmi dileri dəyişib.
"MediaPost”un əldə etdiyi məlumata görə, "Eurostyle” şirkətinin satışını həyata keçirdiyi "Volkswagen” markalı avtomobillərin rəsmi təmsilçisi "Azərbaycan Automobiles” QSC seçilib.
Şirkətin rəhbəri Camal Quliyev "MediaPost”a açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, 2019-cu ildən etibarən bu marka üzrə Azərbaycanda rəsmi nümayəndə olmayıb və "Azərbaycan Automobiles” müraciət edərək "Volkswagen”in Azərbaycan üzrə təmsilçisi olub. 2020-ci ilin avqust ayından isə rəsmi fəaliyyətə başlayıb və "Volkswagen” avtomobilləri üzrə Azərbaycanda yeganə rəsmi servis mərkəzi açılıb. Sentyabrın 1-dən etibarən isə avtosalon istifadəyə verilib. İlkin olaraq "Volkswagen Polo” və "Volkswagen Passat” modelləri satışa çıxarılıb, yaxın zamanlarda isə "Volkwagen Touareg” maşınlarının satışı həyata keçiriləcək.
Şirkət rəhbərinin sözlərinə görə, şirkətin Babək prospektində yeni servis və satış solunu üçün bina tikilir və 2020-ci ilin sonundan etibarən "Azərbaycan Automobiles”in "Volkswagen” maşınları üçün yeni diler mərkəzində fəaliyyət göstərəcək.
Qeyd edək ki, "Azerbaijan Automobiles” "Volkswagen”lə yanaşı, "Bentley”markasının da Azərbaycanda rəsmi təmsilçisidir.
Cəmiyyət
Cəmiyyət