Cəmiyyət

Ekspres avtobusların fəaliyyəti dayandırıla bilər -

Metroda sərnişindaşımaların bərpa olunmasına baxmayaraq, əvvəlcədən də bildirdiyimiz kimi ekspres xətlər üzrə avtobuslarla daşımalar davam etdirilir. Bu qərar həm mövcud epidemioloji vəziyyət, həm də sərnişinlərimizdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq verilib. Hazırda isə bu xətlər üzrə gündəlik xəttə çıxan avtobus sayı tələbata uyğun olaraq tənzimlənir.

Bu barədə Metbuat.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat daxil olub.

Məlumatda bildirilir ki, ekspres xətlərin sonrakı fəaliyyəti aparılan təhlillər və sərnişindaşımalara dair statistik məlumatlar əsasında müəyyən ediləcəkdir:

"Sərnişin axınında azalma müşahidə olunarsa, bu xətlərin fəaliyyəti dayandırılacaq. Xatırladım ki, 9 may tarixində metronun fəaliyyətə başlaması ilə ekspres xətlərə tələbat tədricən 84%-dək azaldı. Həmin vaxt ekspres xətlərin fəaliyyətinin dayandırılmasından sonra qısa vaxtda ən çox şikayət olunan 3 xətt üzrə sərnişindaşımaları "BakuBus” MMC-yə həvalə olundu. Metronun fəaliyyətinin məhdudlaşdırılması, bildiyiniz kimi, ekspres xətlərin bərpası zərurətini ortaya çıxardı və marşrut xətlərinin yenilənməsi prosesi müvəqqəti olaraq dayandırıldı.

Lakin artıq qeyd etdiyim kimi bu istiqamətdə işlər qaldığı nöqtədən davam edəcək. Tədricən ekspres xətlərdən çıxarılacaq avtobuslar müsabiqə nəticəsində "BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismar müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.

Metronun fəaliyyət göstərmədiyi 6 iyul-11 sentyabr tarixlərində bildiyiniz kimi sərnişindaşımaları yalnız avtobuslarla icra olunurdu. Ötən 72 gündə müntəzəm və ekspres xətlər üzrə ümumilikdə 72.500.000-dən artıq sərnişin səfər sayı qeydə alınıb. Təkcə ekspres xətlər üzrə qeydə alınan sərnişin səfər sayı 3.946.209. Avqust ayında tətbiq olunan yumşaldılmalarla gündəlik sərnişin səfər sayında ciddi artımlar müşahidə olunurdu. Ən maksimal göstərici isə 11 sentyabr tarixində qeydə alındı - 2.081.661 sərnişin səfər sayı.

Ötən 72 gündə digər bir maksimal göstərici gündəlik xəttə çıxan avtobusların sayı ilə bağlı oldu. Son 10 gündə xəttə gündəlik 2260 avtobus çıxarılırdı. Bütün avtobus parkı tam gücü ilə daşımalara cəlb olunmuşdu. Daşımaların təşkilində Bakı Nəqliyyat Agentliyinin 150 nəfərdən artıq əməkdaşı iştirak edirdi. Ən vacib məsələ daşımaların təhlükəsizliyi ilə bağlı idi. Vaxtında görülən işlərin nəticəsidir ki, ötən müddətdə sərnişinlərimizin ciddi xəsarət alması ilə nəticələnən hər hansı bir yol nəqliyyat hadisəsi qeydə alınmayıb".


Son xəbərlər

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Bütün xəbərlər