mumtv.az
mumtv.az

Vaksini unudun, bağçalarda buna əməl edin - Professor

Vaksini unudun, bağçalarda buna əməl edin - Professor
9-09-2020, 16:52 105 dəfə baxılıb

Uşaq bağçalarında, digər müəssisələrdə olduğu kimi, əks-epidemik davranışlar əsasdır.

Mumtv.az bildirir ki,bu sözləri Axar.az-a açıqlamasında professor Adil Qeybulla uşaq bağçalarında koronovirusa qarşı mübarizə fonunda riayət edilməli sanitariya tədbirləri barədə danışarkən deyib.

"Uşaqların sıx olduğu yer olaraq uşaq bağçalarında mütləq qaydada dezinfeksiya və fiziki məsafə tədbirləri görülməlidir. Onların əlləri ilə toxuna biləcəyi hər şey dezinfeksiya olunmalıdır. Hələlik uşaqlar arasında xəstələnmə halı qeyd olunmasa da, bu tədbirlər mütləq olmalıdır. Onların hərarəti gün ərzində bir neçə dəfə yoxlanmalıdır. Qızdırma və halsızlıq müşahidə olunan uşaqlar bağçaya buraxılmamalıdır”, - o deyib.

Professor bildirib ki, koronovirus kimi respirator xəstəliklərin müalicəsi üçün vaksin effektiv vasitə deyil:

"Xəstəliyin vaksinasiyasına və peyvəndin hazırlanmasına qədər virus tamamilə keçib gedəcək. Ümumiyyətlə vaksini unutmaq lazımdır”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA