Cəmiyyət

İradə Gülməmmədova 700 bal toplayan Abşeronlu abituriyentlə görüşdü







 
 
 
 






Bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Abşeron təhsilinin yetirməsi, abituriyent Hüseyn Abdullayevla görüşüb. Görüşdə bildirilib ki, Xırdalan şəhər 1 saylı tam orta məktəbin şagirdi olan H.Abdullayev ali məktəb üçün verdiyi imtahanda 700 bal toplayaraq maksimum nəticəni əldə etməyi bacarıb. "Əlaçı” televiziya verilişinin 9-cu mövsümünün respublika çempionu, "Xəmsə” verilişinin isə iştirakçısı olan H.Abdullayev bu il fizika üzrə keçirilən respublika fənn olimpiadasının yarımfinalçısı adını da qazanıb. Son iki ildə "məktəbin əlaçısı” fəxri adını daşıyan abituriyentimizin seçimi

Bakı Ali Neft Məktəbi olub. Qeyd edilib ki, bu il respublika üzrə cəmi 2 abituriyent maksimum nəticəni əldə edib. Onun da biri Abşeron təhsilinin payına düşüb.

Görüşdə İ.Gülməmmədova H.Abdullayevi və eləcə də tələbə adını qazanmış bütün abituriyentləri təbrik edərək rayonda təhsilin ildən ilə gücləndiyini qeyd edib. Bildirilib ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyeva respublikanın hər bir bölgəsində olduğu kimi Abşeron rayonunda da təhsilə xüsusi diqqət və qayğı göstərirlər. Bu gün abituriyentimizin ən yüksək nəticə göstərməsinin də bu qayğı və diqqətin nəticəsində əldə olunduğunu vurğulayan İ.Gülməmmədova əlavə edib ki, hazırda rayon ərazisində bir neçə məktəbin inşası həyata keçirilir. Abşeronun təhsil işçilərini, müəllimləri və valideynləri bu uğur münasibəti ilə təbrik edən başçı tələbə adını qazanan bütün abşeronlulara gələcək həyatlarında uğurlar arzulayıb.

Sonra rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova və Xırdalan 1 saylı tam orta məktəbin drektoru Kəmalə Yusifova H.Abdullayevi təbrik edib, ona ən xoş arzularının bildiriblər.

H.Abdullayev də göstərilən diqqətə görə təşəkkürünü bildirərək bundan sonra da təhsil pillələrində uğurla addımlayacağına çalışacağını deyib.

Sonda H.Abdullayeva qiymətli hədiyyə təqdim edilib və xatirə şəkili çəkilib
İradə Gülməmmədova 700 bal toplayan Abşeronlu abituriyentlə görüşdü

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər