Cəmiyyət

Azərbaycanda koronavirus pandemiyasına görə xüsusi karantin rejimi tətbiq ediləndən bu yana iri ticarət obyektlərinin fəaliyyəti dayandırılıb.

Mumtv.az bildrir ki, dünən "Binə” Ticarət Mərkəzinin fəaliyyət göstərdiyi barədə xəbər yayılıb.

Həmin məlumat hələ ki, təkzib olunmayıb və bu heç mümkün də deyil. Çünki ortada sözügedən obyektin fəaliyyət göstərdiyini təsdiq edən videogörüntü var.

Maraqlıdır ki, "Binə” bazarının işləməsinə baxmayaraq onun yaxınlığında yerləşən "Sədərək” Ticarət Mərkəzi fəaliyyətsiz qalıb.

Elə bazarın fəaliyyət göstərməsi faktının üzə çıxmasında "Sədərək”də çalışan sahibkarların rolu olub. Məhz onlar "Binə”nin fəaliyyət göstərməsi barədə məlumatı mediaya ötürərək bu ikili standarta aydınlıq gətirilməsini istəyiblər.

"Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimovdur. O, Azərbaycan hakimiyyətində təmsil olunan bir sıra yüksək vəzifəli şəxslərə yaxınlığı ilə seçilir.

Mediada yazılanlara görə Yusif Qədimov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin himayəsi altında fəaliyyət göstərib.

Yusif Qədimovun oğlu Vüqar Qədimov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində sektor müdiri vəzifəsində çalışıb.

Bütün bu amillər uzun illər Yusif Qədimovu toxunulmaz edib. Hətta o dərəcədə ki, mediada "Sədərək” bazarı barədə bir cümlə tənqid belə yazmaq mümkün olmayıb.

Bəzi iddialara görə, Yusif Qədimovun himayəçiliyi zəiflədildikdən sonra o, "Sədərək” Ticarət Mərkəzini itirmək təhlükəsi ilə üzləşib.

"Binə” bazarından fərqli olaraq "Sədərək”in fəaliyyətsiz qalması da bununla izah edilir. Amma maraqlıdır ki, bazar fəaliyyət göstərməsə də sahibkarlardan icarə haqqı tələb edilir.(Yenixeber.az)


Son xəbərlər

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Bütün xəbərlər