Cəmiyyət

Azərbaycanda bütün tədris müəssisələrinin fəaliyyəti sentyabrın 15-də başlayacaq.

 

Mumtv.az bildirir ki, ilkin mərhələdə ibtidai siniflər orta məktəblərdə əyani təhsil alacaqlar.

 

Bu il birinci sinfə gedəcək şagirdlərin sayının isə 160 min civarında olduğu deyilir. 15 sentyabra qədər şagirdlərin məktəb ləvazimatları və geyimləri ilə təmin olunması əsas problemlərdən birinə çevrilib.

Belə ki, Təhsil Nazirliyi problemin aradan qaldırılması üçün yarmarkaların təşkil olunacağı ilə bağlı açıqlama versə də, bu yarmarkalarda sıxlığın müşahidə olunacağı və nəticə etibarı ilə yoluxma riskinin artacağı istisna deyil. Mövcud vəziyyətdə "Binə” və "Sədərək” ticarət mərkəzlərinin açılması valideynlər üçün problemin həllindən çıxış yolu ola bilər.

Millət vəkili Vahid Əhmədov BAKU.WS-ə bildirib ki, iri ticarət mərkəzlərinin açılması ilə bağlı təkliflərlə çıxış edib: "Bu barədə mən artıq fikrimi bildirmişəm. Həm rayonlara gediş-gəliş, həm də "Binə” və "Sədərək” ticarət mərkəzlərinin açılması ilə bağlı təkliflərimi irəli sürmüşəm. Əgər şagirdlərin məktəbə gediş-gəlişini elan edir və icazə veririksə, onların ləvazimatla təminatı çox ciddi problem yarada bilər.

Düzdür, yarmarkaların təşkil olunması ilə bağlı fikirlər səsləndirilib. Bu yarmarkalar müəyyən miqdarda problemin öhdəsindən gəlməyə yardım edəcək. Amma unutmaq lazım deyil ki, məktəb ləvazimatları və paltarlar "Binə” və "Sədərək” ticarət mərkəzlərinə topdan-satış şəklində gəlir və paylanılır.

Bu səbəbdən yaxşı olardı ki, iri ticarət mərkəzlərinin açılması məsələsinə baxılsın. Ticarət mərkəzlərində ciddi karantin tədbirləri (maska, əlcək, dezinfeksiya vasitələri və ara məsafə) görülsün. Bu gün bu sahədə yumşalmaya getməyə çox böyük ehtiyac var.

Həm rayonlara gediş-gəliş, həm də iri ticarət mərkəzlərinin açılması çox ciddi məsələdir. Bununla bağlı mən müxtəlif çıxışlar etmişəm və bir daha bildirmək istəyirəm ki, bu sahələrin açılmasına ehtiyac var”.

(Yenisabah.az)

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər