Cəmiyyət
Cəmiyyət
Abel Məhərrəmov Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?-Özəl AÇIQLAMA
Mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı video yayılıb. Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə "tost" dediyi eşidilir.
Mumtv.az Sonxeber.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Reportun əməkdaşı A.Məhərrəmovdan münasibət öyrənmək üçün ona zəng edib.
A.Məhərrəmov söhbət zamanı Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən danışmaq istəmədiyini deyib:
"Mən bu məsələ ilə bağlı danışmaq istəmirəm. Niyə məni narahat edirsiniz? Görüntülər yayılıb, yaxud yayılmayıb... Mən evdə istirahət edirəm. Sağ olun!"