Cəmiyyət
Cəmiyyət / Sosial
Nazirlik facebook üzərindən canlı yayım edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi facebook səhifəsində 21 avqust 2020-ci il tarixində saat 16:00-da "Ekspert saatı”nın ilk canlı buraxılışı yayımlanacaq.
Mumtv.az "Qafqazinfo" a istinadən xəbər verir ki, Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, canlı yayımda Dövlət Ekoloji Ekspertiza Agentliyinin idarə heyətinin sədri Mirsalam Qənbərov bir saat ərzində Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı facebook istifadəçilərinin suallarını cavablandıracaq.