Cəmiyyət

Birgə təlimlərdə iştirak edən hərbçilər üçün bayram mərasimi keçirilib
Ölkədə davam edən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin iştirakçıları üçün "N” nömrəli hərbi hissənin əsgər klubunda təntənəli bayram mərasim keçirilib.

Mumtv.az bildirir ki,bu barədə BiG.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

İki ölkənin dövlət bayraqları ilə bəzədilən salonda əvvəlcə şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, hər iki dövlətin himnləri ifa olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Müdafiə nazirinin Qurban bayramı münasibətilə təbrikləri tədbir iştirakçılarına çatdırılıb.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Azərbaycan və Türkiyə xalqlarının tarixi dostluq, qardaşlıq ənənələrindən, bu münasibətlərin bu gün də möhtərəm prezidentlərimiz cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında daha da möhkəmlənərək uğurla davam etdiyindən danışıb.

Ümummilli liderimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” və Mustafa Kamal Paşanın "Sevincimiz də, kədərimiz də birdir” kəlamları mərasimin leytmotivinə çevrilib.

Keçən əsrin əvvəllərində Azərbaycan oğullarının Çanaqqala savaşında göstərdikləri qəhrəmanlıq, 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Əlahiddə Korpusunun döyüşçüləri ilə birlikdə Bakını işğaldan azad etməsi, Kazım Qarabəkir Paşanın rəhbərliyi ilə Naxçıvanda ermənilərin törətdikləri qətliamlara son qoyulması minnətdarlıqla yad edilib.

 

Bui ilin iyul ayının 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı bölmələrinin təxribatı nəticəsində baş verən hərbi toqquşma barədə A.Qurbani bildirib ki, ilk gündən qardaş Türkiyə də bizə mənəvi dayaq oldu.

Qeyd edilib ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən illik plana uyğun olaraq ölkəmizdə bu il də reallaşan hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri yenə də Ermənistan tərəfini qorxuya salıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi düşmən bilməlidir ki, "Erməni silahlı qüvvələri Azərbaycan torpağından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bunu tarixi həqiqət tələb edir. Çünki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır” - kəlamları tədbir iştirakçıları tərəfindən ayaqda alqışlanıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı qrupunun ifasında Türkiyə və Azərbaycan xalqlarının musiqi, mahnı və rəqslərindən, savaş marşlarından ibarət konsert proqramı böyük maraqla qarşılanıb, videoçarxlar nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçılara Abdulla Qurbaninin Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə hazırladığı "Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” adlı kitab-albomlar hədiyyə edilib.



Birgə təlimlərdə iştirak edən hərbçilər üçün bayram mərasimi keçirilib
Birgə təlimlərdə iştirak edən hərbçilər üçün bayram mərasimi keçirilib
Birgə təlimlərdə iştirak edən hərbçilər üçün bayram mərasimi keçirilib

Son xəbərlər

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Epilepsiya tutması zamanı nə etmək lazımdır?

Daha 35 ailə Füzuliyə yola salındı

Rayon Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab

Ukraynanı son terrorda günahlandırması Rusiyaya baha başa gələ bilər - ISW

Bakıda məşhur ticarət mərkəzi niyə boşaldılıb? (Açıqlama)

Xankəndiyə ilk köç bu əraziyə olacaq (VİDEO)

Həkim əllərin titrəməsinin səbəblərindən danışdı

Sabahdan Azərbaycanda tətil başa çatır

İqtisadiyyat Nazirliyində Xamis Seyranov kabusu – Kadr biznesi, “parnik” alveri və… – Mikayıl Cabbarova ŞOK Faktlar

Heydər Əsədovun kürəkəni qəza törətdi – HƏBS EDİLDİ

Azad olunmuş ərazilərə avtobus reyslərinə aprel ayı üçün biletlər satışa çıxarılacaq

Supermarketlərin yarısı bağlanacaq - Marketoloqdan proqnoz

Bütün xəbərlər