Cəmiyyət

Nazirlik hansı tələbələrin təhsil haqqından azad olunduğuna aydınlıq gətirib
 
 
 
 

 
 
 
 
 

 
 
 
 
 
 

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum edilmiş uşaqların sosial müdafiəsi haqqında" qanuna görə, hər iki valideynini itirmiş, valideynlərindən biri vəfat edən, digər valideyni valideynlik hüququndan məhrum edilmiş və ya valideynlərindən biri vəfat edib, digər valideyni I və II qrup əlil şəxslər, habelə bu kateqoriyadan olan digər şəxslər dövlət, habelə özəl təhsil müəssisələrində təhsil alarkən təhsil haqlarından dövlət hesabına azad olunurlar”.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Bəhruz Müslümov bildirib. Sektor müdiri qeyd edib ki, həmin tələbələr dövlət təhsil müəssisələrinin bakalavr, magistratura və Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) magistratura səviyyəsində təhsil alarkən tam dövlət hesabına təhsil haqlarından azad olunurlar. Həmin şəxslər üçün qanunvericilikdə digər imtiyazlar da nəzərdə tutulub:

"Qanuna görə, həmin şəxslər əyani şəkildə təhsil aldıqda 23 yaşına qədər, qiyabi təhsil aldıqda isə 18 yaşına qədər təhsil haqlarından dövlət hesabına azad olunurlar. Həmin şəxslər təhsil alarkən qanunvericilikdə müəyyən edilmiş tələbə təqaüdünün iki misli qədər təqaüd alırlar, onlar həmçinin təhsil almaları üçün müvafiq dərs vəsaitləri ilə təmin edilirlər. Eyni zamanda həmin tələbələrin istehsalat təcrübəsinin haqqı dövlət hesabına ödənilir”. 

B.Müslümov bildirib ki, qanunvericilikdə qeyd olunan şəxslərlə yanaşı, "Şəhid adının əbədiləşdirilməsi haqqında" qanuna uyğun olaraq, şəhid ailəsinin üzvləri bakalavr və magistratura səviyyəsində, habelə AMEA-nın magistratura səviyyəsində təhsil alarkən dövlət hesabına təhsil haqqından azad olunurlar: "Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü, Konstitusiya quruluşu və torpaqların müdafiəsi zamanı həlak olmuş və itkin düşmüş şəxslərin övladları da qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil haqqından azad olunurlar. Bundan əlavə, məcburi köçkünlər dövlət təhsil müəssisələrində təhsil alarkən Nazirlər Kabinetinin müəyyən etdiyi miqdarda təhsil haqqından azad edilirlər.  2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar da təhsil aldıqları müddətdə tam şəkildə təhsil haqqından azad olunurlar. Bu sahədə olan qanunvericilik aktlarının əsas mahiyyəti ondan ibarətdir ki, tələbələr mütəmadi olaraq təhsil alsınlar və maddi vəziyyətlərinin ağır olması səbəbindən təhsildən yayınmasınlar”./Trend.az


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər