Cəmiyyət

Şəkidə təkrar qarğıdalı əkini aparılır (FOTO)

Respublikanın torpaq-iqlim şəraiti payızlıq dənli-taxıl bitkiləri yığıldıqdan sonra təkrar əkin aparılmasına və ikinci məhsul alınmasına imkan verir.

Mumtv.az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, qarğıdalı bitkisinin qısa vegetasiya müddətinə malik olması (90-100 gün) və hektardan yüksək dən və yaşıl kütlə verməsi, onun təkrar əkində istifadəsini ön sıraya çıxarır.

Bu məqsədlə yaxın günlərdə Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan qurumlar tərəfindən 560 hektarda hibrid qarğıdalı əkini planlaşdırılıb. Artıq Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin sahələrində təkrar qarğıdalı əkini aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, eləcə də bölgədəki yerli qurumların nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, fermerlər səpini müşahidə edərək becərmə texnologiyası ilə bağlı fikir mübadiləsi aparıblar. Qlobal iqlim dəyişikliyinin mənfi nəticələri, ərzaq balansının təmin olunmasında təkrar qarğıdalı əkinlərinin aparılmasının əhəmiyyəti və bu sahədə fermerlərin maarifləndirilməsinin vacib olduğu bildirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev bildirib ki, ilkin olaraq ölkəmizdə 50 min hektar sahədə təkrar qarğıdalı əkininin aparılması nəzərdə tutulur: "Bununla əlaqədar toxum, texnika ilə təminatla bağlı hazırlıq görülüb. İndiyədək təxminən 20 min hektar sahədə qarğıdalı əkini aparılıb”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 22 may 2020-ci il tarixli qərarı ilə Dövlət Büdcəsinin Ehtiyat Fondundan kənd təsərrüfatı istehsalçılarının toxum təminatının dəstəklənməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat vəsaitin ayrılması və təkrar qarğıdalı əkininin hər hektarına 60 manat birdəfəlik subsidiya verilməsi fermerlərin nəzərinə çatdırılıb.

Rayonda təkrar əkin prosesi davam etdirilir.


Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər