Cəmiyyət
Cəmiyyət
“Azərsu” ASC-nin sədri Milli Məclisə çağırıldı – SU PROBLEMİ…
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov Milli Məclisə dəvət olunub.
Mumtv.az report-a istinadən xəbər verir ki, hazırda Q.Hüseynovla Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvlərinin iştirakı ilə görüş keçirilir.
Görüşdə ölkədəki su problemləri ilə bağlı müzakirələr aparılır.