mumtv.az
mumtv.az

Binanın üzərinə ağac aşdı - Fotolar

Binanın üzərinə ağac aşdı - Fotolar
27-06-2020, 10:22 92 dəfə baxılıb

 Binanın üzərinə ağac aşdı

Güclü külək Goranboyda fəsadlar törədib. Mumtv.az bildirir ki,"Qafqazinfo"nun xəbərinə görə, təbiət hadisəsi zamanı rayonun Məmməd Məhərrəmov küçəsi 14 ünvanında yerləşən qəzalı vəziyyətdə olan 2 mərtəbəli binanın üzərinə iri gövdəli ağac düşüb.

Hadisə zamanı xəsarət alan olmasa da, sakinlərdən birinə məxsus olan 2-ci mərtəbədəki mənzilin eyvanına ziyan dəyib. Bundan başqa elektrik, telefon xətləri sıradan çıxıb. Gecə saatlarında dahada güclənən külək nəhəng qovaq ağacını aşırıb, elektrik təsərrüfatına ziyan vurub.

Rayonun Boluslu və bir neçə kəndinə enerji verilişində fasilələr yaranıb. Goranboy-Naftalan yolunun rayonun Balakürd kəndindən keçən hissəsinə düşən ağac hissələri aidiyyatı qurumlar tərəfindən yoldan götürülüb.

 

Avtomobillərin hərəkətində hər hansı çətinlik yaşanmayıb.

 










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA