Cəmiyyət

Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarda erməni kilsəsinin rolu
Ceyhun Məmmədov: "Müasir dövrdə də istər xaricdə, istərsə də daxildə olan erməni mafiyasının ən qüdrətli dayaqlarından biri, terror və təbliğat şəbəkələrinin təşkilatçısı, onu maddi cəhətdən təmin edən kilsə olub”Tarixi faktlar da onu deməyə əsas verir ki, erməni separatizm və terrorizmi, bu ölkənin faşizm ideologiyasına xidmət edən siyasətəinin təməlində erməni kilsəsi dayanıb və bütün məkrli planlar məhz kilsə tərəfindən hazırlanaraq həyata keçirilib. Eləcə də müxtəlif illərdə, hətta yaxın tariximizdə belə azərbaycanlılara qarşı həyata keçirilən insanlıq əleyhinə cinayətlərin əsas hərəkətverici qüvvəsi erməni kilsəsi olub. Hər nə qədər işğalçı ölkə öz mahiyyətinə uyğun olaraq bunu qəbul etməsə də, lakin tarixi faktlar həqiqətdən qaçmağın mümkünsüzlüyü ortaya qoyur. Elə Milli Məclisin deputatı Ceyhun Məmmədov da bu qənaətdədir. O, bildirib ki, Mir Mövsüm Nəvvabın "1905-1906-cı illərdə erməni müsəlman davası” əsərində də eyni fikirlər əksini tapır: "Bu günlərdə Azərbaycan şairi Mir Mövsün Nəvvabın "1905-1906-cı illərdə erməni müsəlman davası” əsərini oxudum. Kitabda 1903-1904-cü illərdə Şuşada və Qarabağın başqa bölgələrində ermənilərin Azərbaycanlılara qarşı törətdikləri amansız qəddarlıq və cinayət əməlləri haqqında ayrı-ayrı epizodlarda geniş məlumat verilir. Hələ o dövrlərdə ermənilər bu bölgədə yaşayan azərbaycanlılara qarşı kütləvi qətllər törətmiş, bu haisələrdə erməni kilsəsi aktiv rol oynamışdır. Həmin dövrdə də çarın əmri ilə Azərbaycanlılara silah gəzdirmək qadağan olunmuşdu. Bundan məhaərətlə istifadə edən ermənilər silahsız azərbaycanlıları təqib edərək vəhçicəsinə qətlə yetirirdilər. Onlar bunu o zamanlar dünyanın bir çox yerlərində yaratdıqları qımdatxanalar (erməni quldur dəstələrini birləşdirən mərkəzlər) vasitəsilə həyata keçirirdilər. Bu quruma erməni ziyalıları, gənclər, sənətkar və cəmiyyətin digər nümayəndələri cəlb edilirdi. Bu qurumun əsas vəzifəsi azərbaycanlılara qarşı təbliğatda, təxribatda, sui-qəsddə, eləcə də, silahlı toqquşmalarda istifadə etmək üçün lazımi hərbu sursatın təmin olunması, çar məmur və zabitlərinin rüşvətlə ələ keçirilməsi məqsədilə varlı erməni təbəqələrindən pul toplanılması idi”. Ceyhun Məmmədov qeyd edib ki, hər zaman olduğu kimi o dövrdə də ermən millətçilərinin Azərbaycanlılara qarşı həyata keçirdiyi qətllərə xeyr-dua verən, xalqımız qarşı törətdikləri qanlı cinayətlərin, qırğınların əsas təşkilatçısı yerlərdə fəaliyyət göstərən kilsələr və kilsə xadimləri olublar: "Kilsənin toxunulmaz Tanrı məbədi olduğu nəzərə alınaraq keşişlər həmin dövrdə onu xaqlımız qarşı erməni quldur dəstələrini silahlandıran hərbi sursat cəbhəxanasına çevirmişdilər. İnsanlığı mənəvi paklığa çağırmalı olan, onları günah əməllərdən, ədavətdən, zülmdən çəkindirmək missiyası daşıyan, insanlığı ədalətə, xeyirxahlığa, haqq yoluna dəvət etməli olan kilsə öz mahiyyətindən uzaqlaşaraq erməni quldur dəstələrinin silahlandırılaraq azərbaycanlıları qətl etməyə təşviq edirdi. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri iğtişaş və qırğınlarda kilsənin fəaliyyətini öyrənmiş rus diplomatı, general Mayevski öz qeydlərində yazırdı: "Erməni din xadimləri haqqında bir neçə söz demək istəyirəm. Onların dini fəaliyyəti olduqca cüzidir. Erməni din xadimlərinin fəaliyyəti "Allah kəlamını” çatdırmaqdan yox, müsəlmanlarala xristianlar arasında nifaqı qızışdırmaqdan ibarətdir”. Vaxtilə Eçmiədzinə səfər etdikdən və onun fəaliyyəti ilə yaxından tanış olduqdan sonra fransız alimi Baron de-Bay belə yazmışdı: "Bu kisı bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdir… Mənim bütün minnətdarlıqlarıma baxmayaraq, mən səmimi olmalıyam. Bu monastr məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı”. Ceyhun Məmmədov deyir ki, erməni kilsələrinin belə qeyri-insani fəaliyyətini işıqlandıran ayrı-ayrı mənbələrdən bir çox nümunələr gətirmək olar: "Müasir dövrdə də istər xaricdə, istərsə də daxildə olan erməni mafiyasının ən qüdrətli dayaqlarından biri, terror və təbliğat şəbəkələrinin təşkilatçısı, onu maddi cəhətdən təmin edən kilsə olmuşdur. Bu gün də kilsə bu missiyanı "uğurla” davam etdirir. Kitabda müəllif konkret epizodlarla ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı törətdikləri qətllərdən geniş bəhs edir. Həmin hadisələri təhlil edərkən ermənilərin azərbaycanlılara qarşı kin və küdurətinin, düşmənçiliyinin tarix boyu davam etdiyinə bir daha əmin olursan. Sözügedən əsər istər Dağlıq Qarabağda, istərsə də digər bölgələrdə ermənilərin həyata keçirdikləri qətllərin səbəblərinin, onun tarixi köklərinin və erməniləri dəstəkləyən qüvvə və tərəflərin öyrənilməsində və xarici qüvvələrin bu bölgədə apardıqları siyasətin mahiyyətinin öyrənilməsi baxımından xüsusi önəm daşıyır”.
(Yenigundem.az)

Son xəbərlər

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

Bütün xəbərlər