Cəmiyyət


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Kliniki Tibbi Mərkəzlə bağlı açıqlama yayıb.

Mumtv.az Axşam.az-a istinadən həmin açıqlamanı təqdim edir:

"Kliniki Tibbi Mərkəzlə bağlı sosial şəbəkələrdə yayılan fikirlər və videomateriallarla bağlı bildirik ki, xəstəxanada mövcud vəziyyət və çatışmazlıqlar barədə TƏBİB məlumatlıdır və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində fasiləsiz işlər görülür.

Sosial şəbəkələrdə yayılan videomaterialla bağlı qeyd edək ki, pasiyetin "Çin dərmanı” adlandırdığı dərman preparatı Favipiravirdir. Favipiravir – müxtəlif növ RNT-virusları, o cümlədən koronovirus SARS-CoV-2, əleyhinə dərman vasitəsi kimi istifadə olunan kimyəvi tərkibdir. Dərman vasitəsi ilk dəfə qrip əleyhinə müalicə vasitəsi kimi Yaponiyada istehsal olunub və qripdən əlavə, ağır viruslu infeksiyaların müalicəsi üçün təsdiqlənmişdir. Yaponiyada Favipiravir tərkibli dərman vasitəsinin ticarət adı "Aviqan”dır.

Favipiravirin koronavirus aleyhinə effektivliyi 2020-ci ilin mart ayında Çinin Uhan və Şençjen şəhərlərində aparılmış kliniki tədqiqatlar nəticəsində sübut olunmuşdur. Müayinənin nəticələri göstərmişdir ki, Favipirivarin təsiri altında koronovirusun insan orqanizmində mövcudluğu 11 gündən 4 günə qədər azalır və 91% xəstələrin virusla zədələnmiş ağciyərlərində vəziyyətin yaxşılaşması müşahidə olunur, halbuki Favipiraviri qəbul etməyən kontrol qrupda vəziyyəti yaxşılaşan xəstələrin sayı 62% təşkil etmişdir. Favipiravir preparatının özəlliyi ondan ibarətdir ki, onun təsirinə dözən virus hələ ki, aşkarlanmayıb. Həmin dərman vasitəsi pandemiya boyunca öz effektivliyini saxlamaqdadır. Hal-hazırda bütün dünya üzrə həmin dərman vasitəsi ilə bağlı geniş kliniki tədqiqatlar aparılır. O cümlədən, qeyd edək ki, ölkəmizdə mövcud olan xüsusi rejimli xəstəxanalar dünyada COVID-19 infeksiyasının müalicəsində istifadə edilən bütün dərman preparatları ilə təmin edilib.

Digər dərman preparatı olan Paracetamol – qızdırmasalıcı və ağrıkəsici effektə malik olan dərman vasitəsidir. Dərman vasitəsini müxtəlif növ ağrıların ( baş ağrısı, diş ağrısı, nevralgiya, əzələ ağrıları, revmatik ağrılar, menstrual ağrılar, yanıq zamanı olan ağrılar, travmalarda müşahidə olan ağrılar və s.) aradan qaldırılması üçün və iltihablı proseslərdə müşahidə olunan qızdırma və hərarəti salmaq üçün istifadə edilir.

Digər iddiaya görə, həkim-infeksionistlərlərin çatışmazlığı müşahidə edilir və digər ixtisasdan olan həkimlərin pasiyentlərə qulluq göstərməsindən narazılıq edilir. Qeyd edək ki, bütün dünyada Koronavirus pandemiyasına qarşı mübarizəyə tək həkim-infeksionistlər deyil, müxtəlif ixtisaslı həkimlər cəlb edilib. Eləcə də, Azərbaycanda bütün ixtisasdan olan həkimlər ayrı-ayrı pandemiya xəstəxanalarında pasiyentlərə xidmət göstərir. Lakin bu o demək deyil ki, xüsusi rejimli xəstəxanalarda müalicələr özbaşına və heç bir əsası olmadan aparılır. Bütün tibb müəssisələrində müalicə TƏBİB tərəfindən tərtib olunmuş "COVID-19 - Tibb işçiləri üçün müvəqqəti rəhbərlik” əsasında müvafiq protokollarla aparılır. Eyni zamanda, hər bir xəstəxana həkim-infeksionist tərəfindən koordinasiya olunur.

Bir daha bildiririk ki, Kliniki Tibbi Mərkəzlə bağlı araşdırma davam etdirilir və pasiyentlərin müraciətləri və şikayətləri nəzərə alınaraq, tez bir zamanda mövcud çatışmazlıqlar aradan qaldırılacaq”.

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər